Alış-veriş təcrübənizi yaxşılaşdırmaq üçün qanuni tənzimləmələrə uyğun çərəzlərdən (cookies) istifadə edirik. Ətraflı məlumata səhifəmizdən baxa bilərsiniz.
2025/26 mövsümünün ev oyun forması, klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində, bu il anımını qeyd etdiyimiz klub əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyinə həsr olunmuş xüsusi bir təsvir yer alır. Bu forma, şanlı keçmişimizə və iddialı gələcəyimizə ehtiramın simvolu olmaqla yanaşı, Banişevskinin Neftçi tarixi üçün daşıdığı əhəmiyyəti bir daha xatırladır. Formanın ensə hissəsində də bu yubileyi simvolizə edən xüsusi detal işlənmişdir.