Səbət

Səbətinizdə heç nə yoxdur.

MƏXFİLİK SİYASƏTİ

MƏXFİLİK SİYASƏTİ

Bu səhifədəki təhlükəsizlik və gizlilik qaydaları, etdiyiniz alış-verişlərdə və verdiyiniz şəxsi məlumatların təhlükəsizliyi və gizliliyi məqsədilə hazırlanmışdır.


Məxfilik siyasəti nələri əhatə edir?

Hər hansı bir saytda Neftçi'nin logosunu görməyiniz, bu təhlükəsizlik qaydalarının həmin saytda da keçərli olduğu anlamına gəlmir. Ünvanı yoxlamağınız və səhifənin həqiqətən də Neftçi Rəsmi Mağazasına aid olduğuna əmin olmağınız vacibdir. Çünki logomuzu icazəsiz və digər məqsədlərlə istifadə etmək istəyən şəxslər ola bilər. Belə hallarda, xahiş edirik bizimlə əlaqə saxlayın.


Şəxsi məlumatların paylaşılması

Neftçi Rəsmi Mağazası, sizin məlumatlarınızı (faktura ünvanı, çatdırılma ünvanı və s.) heç bir halda üçüncü şəxslərlə paylaşmaz.


Kredit kartı məlumatlarının təhlükəsizliyi

Neftçi Rəsmi Mağazasında bir məhsul satın alarkən istifadə etdiyiniz kredit kartı məlumatlarınız tamamilə qorunur. Üçüncü şəxslər kredit kartı məlumatlarınızı heç vaxt görə bilməzlər.


Çatdırılma və xidmətin təmin edilməsi

Neftçi Rəsmi Mağazasından, satın aldığınız məhsulların zədəsiz, tam şəkildə, doğru ünvana və vaxtında çatdırılmasından məsuldur.


Şəxsi məlumatların saxlanması

Neftçi Rəsmi Mağazası, istifadəçilərin şəxsi məlumatlarını üç əsas məqsəd üçün saxlayır: müvafiq xidmətləri təmin etmək, veb saytda tələblərinizə uyğun məzmun və reklam təqdim etmək və sizi maraqlandıra biləcək məhsullar və xidmətlər barədə məlumatlandırmaq.


Çərəzlər nədir?

Çərəzlər, kompüterinizin sabit diskinə yerləşdirmək üçün sizdən icazə istəyən kiçik bir mətn faylıdır. İcazə verdiyiniz təqdirdə, brauzeriniz bu mətni kiçik bir faylda kompüterinizə əlavə edər. Sizin icazəniz olmadan çərəzlər istifadə olunmaz. Çərəzlər bizə yalnız əvvəlki Neftçi Rəsmi Mağazasından ziyarətçisinin geri döndüyünü bildirəcəkdir. (E-mail ünvanınızı və kim olduğunuzu deyil.) Daha sonra qeydiyyat yolu ilə bu məlumatları bizə vermək istəsəniz, bu sizin seçiminizdir.


Çərəzlərin ziyarətçiyə faydası

Neftçi Rəsmi Mağazasının saytında çərəz-lərin istifadəsinin sizə bir sıra üstünlükləri vardır. Məsələn, sayta daxil olduğunuzda maraqlandığınız məhsulları saxlayar, daha sonra həmin məhsullar ilə bağlı məlumatları təqdim edərik. Saytda gəzdiyiniz zaman alış-veriş siyahınıza əlavə etdiyiniz məhsullar, bir neçə gün sonra yenidən saytı ziyarət etdiyinizdə siyahınızda qalacaq və alış-verişə davam edə bilərsiniz.


Şəxsi məlumatların təhlükəsizliyi

Neftçi Rəsmi Mağazası, verdiyiniz bütün şəxsi məlumatları gizli saxlayır. Lakin, satın aldığınız məhsulun çatdırılması üçün adınız və ünvanınızın olması zəruridir. Bu məlumatlar sistem tərəfindən yalnız şirkətə verilir. Kart məlumatlarınız yalnız banka təsdiq üçün təqdim olunur.


Məzmun istifadəsi

Neftçi saytında yayımlanan heç bir yazı və ya qrafika üçüncü şəxslər tərəfindən icazəsiz istifadə oluna bilməz. Bu saytda olan məzmun materialları və ya funksionallıq başqa platformalarda yayımlana bilməz, Neftçi Rəsmi Mağazasının icazəsi olmadan internet saytlarına keçid verilə bilməz.


Müəllif hüquqları

Bu saytın bütün hüquqları Neftçi Peşəkar Futbol Klubuna məxsusdur. Burada göstərilənlərdən başqa heç bir material kopyalanmaz, yenidən istehsal edilə bilməz, yayılmayacaq, sərgilənməyəcək, yüklənməyəcək, təkrar oynadılmayacaq, göndərilməyəcək, ötürülməyəcək, daxili və ya hər hansı digər şəkildə təkrarlana bilməz.